Məşhur döyüşçüdən azarkeşə sərt cavab

  • 15 Aprel 2024, 19:19

Yüngül çəkidə keçmiş UFC çempionu və hazırkı ağır çəki çempionu Con Cons (27-1) maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportlife.az xəbər verir ki, Cons X sosial şəbəkəsində keçmiş ağır çəki çempionu Stipe Miocicin (20-4) yüksək səviyyəli döyüşə və böyük maaşa layiq olduğunu, ona görə də onunla döyüşməkdən imtina etməyəcəyini yazıb. 

Azarkeşin ona ünvanladığı "Niyə düşünürsən ki, 40 yaşlı yanğınsöndürənlə döyüşmək sənə xeyir verəcək?" sualına Cons "Onun həyatının ən böyük döyüşünü və ailəsinin qazanmalı olduğu bütün pulları göyə sovuracağam. Ona qalib gələcəyəm" deyə cavab verib.

Qeyd edək ki, Cons məşq zamanı döş əzələsindən zədələndiyi üçün "UFC 295"də Miocic ilə titul döyüşünü təxirə salıb.


Paylaş: