17 yaşlı paraqvaylı futbolçu İngiltərə nəhənginə keçir
Dieqo Leon "Mançester Yunayted"in yeni futbolçusu olacaq.
Sportlife.az xəbər verir ki, 17 yaşlı müdafiəçi gələn ilin yayında "qırmızı şeytanlar"a qoşulacaq.
İngiltərə nəhəngi onun klubu "Serro Portenyo"ya 4 milyon dollar ödəyəcək.
Leon bu mövsüm 19 oyunda meydanda olub və 2 qol vurub.