
"Arsenal" 70 milyon avroya hücumçu ala bilər
Hüquqları “Leypsiq”ə məxsus olan belçikalı hücumçu Lui Openda İngiltərə Premyer Liqasının aparıcı təmsilçilərindən birinin maraq dairəsinə düşüb.
Sportlife.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, forvardla “Arsenal” maraqlanır. Klub 23 yaşlı futbolçunu 70 milyon avroya transfer edə bilər. Bu, Luinin alman klubu ilə müqaviləsində göstərilən təzminat məbləğidir. Forvard müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.
Bundesliqa mövsümündə Openda 6 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.