
"Arsenal" futbolçusu üçün 30 milyon tələb edir
"Arsenal" bu yay Emil Smit-Rounu satmağa hazırdır.
Sportlife.az xəbər verir ki, London klubu 30 milyon funt-sterlinqlik təklif gələcəyi halda 23 yaşlı futbolçuyla vidalaşacaq.
Smit-Rou "Arsenal"ın yetirməsidir. O, 10 yaşından bəri "topçular"da çıxış edir.