"Ayntraxt" futbolçusunun dəyərini bəlirləyib

  • 8 Noyabr 2024, 15:24

"Ayntraxt" bu mövsüm performansıyla adından söz etdirən Omar Marmuşun dəyərini bəlirləyib.

Sportlife.az "Fussball News" portalına istinadən xəbər verir ki, Frankfurt klubu misirli futbolçunu istəyən klublardan 50 milyon funt-sterlinqdən yuxarı bir məbləğ tələb edəcək.

Marmuşla "Liverpul" və "Bavariya" yaxından maraqlanır.

O, bu sezon 15 oyunda meydanda olub 13 qol vurub və 9 məhsuldar ötürmə edib.


Paylaş: