"Bavariya" "Çelsi"nin oyunçusuna "elçi düşüb"

  • 10 İyun 2024, 23:55

"Bavariya" Livay Kolvilli heyətinə qatmaq istəyir.

Sportlife.az xəbər verir ki, Münhen klubu "Çelsi"nin mərkəzi müdafiəçisi ilə ciddi şəkildə maraqlanır. "Zadəganlar" isə onu satmağı düşünmür.

21 yaşlı Kolvill başa çatan mövsümdə "Çelsi"nin heyətində 32 oyuna çıxıb.

Transfermarkt portalına görə gənc müdafiəçinin dəyəri 50 milyon avrodur.


Paylaş: