“Bavariya”nın futbolçusu şərtlərini açıqlayıb
"Bavariya"nın futbolçusu Alfonso Deyvisin klubla müqaviləsi gələn yay başa çatır.
Sportlife.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen klubuyla müqaviləsini uzatmayacağı gözlənilən kanadalı tələb etdiyi məvacib bəlli olub. O, onunla maraqlanan "Mançester Yunayted"dən həftəlik 240 min funt-sterlinq maaş və əlavə olaraq 10 milyon funt-sterlinq imza pulu istəyib.
Deyvisi heyətinə qatmaq istəyən klublardan biri də "Real"dır.
O, bu mövsüm "Bavariya"nın heyətində 14 oyunda meydanda olub və 3 məhsuldar ötürmə edib.