
"Bayer"dən Virts üçün daha bir şərt
"Bayer" Florian Wirts transferinə "Liverpul"un oyunçularından birinin daxil edilməsini tələb edə bilər.
Sportlife.az xəbər verir ki, söhbət yarımmüdafiəçi Hervi Elliott və ya müdafiəçi Carell Kuansadan gedir.
Yekun qərarın hələ verilmədiyi, lakin danışıqların davam etdiyi qeyd edilir.
Daha əvvəl bildirilirdi ki, Wirts baş məşqçi Arne Slot ilə söhbətdən sonra seçimini artıq "Liverpul"un xeyrinə edib. Lakin klubun "Bayer"in maliyyə tələbini təmin etməsi şərtini irəli sürüb.
Mersisaydlılar futbolçu üçün 130 milyon avro, "Bayer" isə 150 milyon avro tələb edir.