"Biz çempionluq üçün sona qədər mübarizə aparacağıq"

  • 15 Aprel 2024, 15:28

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola bildirib ki, komandanın futbolçuları Premyer Liqa çempionluğu uğrunda sona qədər mübarizə aparacaqlar.

Sportlife.az xəbər verir ki, mütəxəssis "Mirror"a açıqlamasında “Futbolçularım təzyiq altında oynamağı xoşlayır. Ona görə də mən əminəm ki, biz çempionluq üçün sona qədər mübarizə aparacağıq” deyib.

Qvardiolanın komandası 73 xal toplayaraq İngiltərə çempionatının cədvəlinə başçılıq edir.


Paylaş: