"Bu, hamımız üçün böyük bir fürsət ola bilər"

  • 15 Aprel 2024, 18:56

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportlife.az xəbər verir ki, mütəxəssis AS-a açıqlamasında “Bu, hamımız üçün böyük bir fürsət ola bilər. Bu oyundan gözləntilərimiz böyükdür. Bu, xüsusi bir axşam ola bilər” deyib.

Görüş aprelin 16-da Barselonada baş tutacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İlk oyun kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.


Paylaş: