"Canavarlar"a şad xəbər

  • 15 Aprel 2024, 21:11

"Roma"nın müdafiəçisi Evan Ndik bu gün xəstəxanadan buraxılacaq.

Sportlife.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, həkimlər 24 yaşlı futbolçunun "Roma"ya qayıda bilməsi üçün onun vəziyyətini stabil qiymətləndiriblər.

Stopper A Seriyasının 32-ci turunda "Udineze" ilə səfər matçının ikinci yarısının ortasında huşunu itirib. Onu xərəkdə meydançadan çıxarıblar.

Hesab 1:1 olarkən oyun dayandırılıb. Futbolçular və məşqçilər korpusunun nümayəndələri ilə məsləhətləşdikdən sonra görüşün davam etdirilməməsinə qərar verilib.


Paylaş: