“Çelsi”nin Osimhen planı

  • 7 May 2024, 09:50

"Çelsi" yayda hücum xəttini Viktor Osimhenlə gücləndirməyi düşünür.

Sportlife.az xəbər verir ki, "zadəganlar" nigeriyalı forvard üçün Romelu Lukakudan istifadə etməyi düşünür. London klubu bundan əlavə "Napoli"yə 80-90 milyon avro və bir gənc oyunçusunu da önərəcək. 25 yaşlı hücumçuy ilə PSJ də yaxından maraqlanır.

Osimhen 2020-ci ildən "Napoli"də çıxış edir. O, bu mövsüm 30 oyunda 17 qol vurub və 4 məhsuldar ötürmə edib.


Paylaş: