
Danimarkalı hücumçu klubunu dəyişdi
"Hamburq" "Leypsiq"in hücumçusu Yussuf Poulseni transfer edib.
Sportlife.az xəbər verir ki, danimarkalı futbolçu 2013-cü ildən "Leypsiq"də çıxış edirdi. O, bu müddət ərzində 425 oyun keçirib, 95 qol vurub və 66 məhsuldar ötürmə edib.
Qeyd edək ki, ötən mövsüm “Hamburq” 2-ci Bundesliqanı ikinci yerdə başa vuraraq Almaniyanın yüksək divizionuna qayıdıb.