
Ərəblər məşhur futbolçunu transfer etdi
"Bavariya"nın vingeri Kinqsli Koman bu gün Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna keçəcək.
Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu "Əl-Nəsr"lə 3 illik müqavilə imzalayacaq və klubun yeni oyunçusu kimi təqdim olunacaq.
Koman “Bavariya” ilə 9 dəfə Almaniya çempionu olub. O, Münhen klubunun heyətində 339 oyun keçirib, 72 qol vurub və 71 məhsuldar ötürmə edib.