Azərbaycanlı hakim AÇ-nin yarımfinal oyununda

  • Bu gün, 12:53

Azərbaycanın beynəlxalq dərəcəli basketbol hakimi Ələkbər Həsənov Avropa çempionatında A divizionunun oyununa təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, 16 yaşadək oğlanlar arasında turnirin yarımfinal mərhələsinin Litva – İtaliya matçının baş hakimi olacaq.

Bu gün Gürcüstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.


Paylaş: