Aleksandr İsak cərimələnəcək

  • Bu gün, 10:54

"Nyukasl" matçları boykot etdiyinə görə hücumçu Aleksandr İsakı cərimələməyə hazırlaşır.

Sportlife.az xəbər verir ki, isveçli forvard rəsmi matçları buraxacağı təqdirdə sanksiya ilə üzləşəcək.

25 yaşlı futbolçu mövsümün ilk turunun "Aston Villa" ilə oyununda meydana çıxmaq istəmir. O, komanda ilə məşq çıxmaqdan imtina edib.

İsak "Liverpul"a keçmək istədiyi üçün yeni müqavilə təkliflərini rədd edib. Mersisaydlılar "sağsağanlar"a 120 milyon funt-sterlinq təklif etsə də, rədd cavabı alıb.


Paylaş: