
Millimizin üzvü klubunu dəyişdi
Azərbaycan millisinin futbolçusu Ayşən Əhmədova Türkiyənin "Amedspor" klubuna keçib.
Sportlife.az xəbər verir ki, 25 yaşlı müdafiəçi 2025/2026 mövsümündə bu komandada çıxış edəcək.
Qeyd edək ki, Ayşən Əhmədova daha əvvəl Türkiyədə "Ünye Gücü"nün formasını geyinib.