
Sanço İtaliya yolunda
"Mançester Yunayted"in vingeri Ceydon Sanço karyerasını "Roma"da davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, İtaliya təmsilçisi transfer pəncərəsi bağlanana qədər iki cinah oyunçusu almağı planlaşdırır. Transfer siyahısında Sanço və Leon Beyli də var.
Qeyd edək ki, “Mançester Siti” Klaudio Eçeverrini satmaqdan imtina etdikdən sonra bu oyunçular “Roma”nın əsas hədəfinə çevrildilər.