"Premyer Liqa ÇL-dən daha çətindir"

  • Bu gün, 13:34

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister Premyer Liqanı ən çətin turnir adlandırıb.

Sportlife.az xəbər verir ki, o, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın Premyer Liqa haqqında dedikləri ilə razı olduğunu bildirib:

"Fikrimcə bu, dünyanın ən çətin turniridir. Burada qalib olmaq Çempionlar Liqasından daha çətindir. Premyer Liqa doqquz ay davam edir. Əqli, fiziki yorğunluq olur.

Məsələn, Salaha baxın. Onun bu liqanın zirvəsində qalmaq üçün nə qədər səy göstərdiyini təsəvvür edə bilməzsiniz".


Paylaş: