
Azərbaycanlı hakim-inspektor İsveçin oyununda
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.
Sportlife.az xəbər verir ki, o, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyununda iş başında olacaq.
M.Frişman avqustun 16-da reallaşacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.