"Lion" "Real"ın ulduzuna "elçi düşdü"

  • Dünən, 18:53

"Lion" "Real"ın hücumçusu Endriki heyətinə qatmaq istəyir.

Sportlife.az xəbər verir ki, Fransa klubu artıq danışıqlara açıq olan 19 yaşlı braziliyalı futbolçu üçün icarə müqaviləsi üzərində işləməyə başlayıb.

Endrik bu mövsüm hələ "Real"da meydana çıxmayıb. Ötən mövsüm hücumçu Madrid klubunun heyətində 37 oyunda yeddi qol vurub və bir məhsuldar ötürmə edib.

Onun "Real"la müqaviləsi 2030-cu ilə qədərdir.


Paylaş: