"Qəbələ" və "Şamaxı" da mərhələ adladı
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha 2 oyunu keçirilib.
Sportlife.az xəbər verir ki, baş tutan görüşlərdən sonra növbəti 1/8 finalçılar müəyyənləşib.
Qəbələdə şəhərin eyniadlı komandası "Mingəçevir"ə 5:1 hesabı ilə qalib gəlməklə növbəti raunda adlayıb.
"Şamaxı" isə səfərdə "Səbail"i 1:0 hesabı ilə üstələyərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, II təsnifat mərhələsinə "Neftçi" - MOİK oyunu ilə yekun vurulacaq.