Mahirdən Almaniyada şok hərəkət

  • Bu gün, 14:09

Almaniyanın “Kayzerslautern” klubunda işləri qaydasında getməyən Mahir Emreli yenidən gündəmə gəlib.

Sportlife.az xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu “bəyənməklə” etirazlara səbəb olub.

Belə ki, "Kayzerslautern" 2-ci Bundesliqanın son turunda Emrelinin sabiq klubu "Nürnberq"lə 1:1 hesablı heç-heçə edib.

Millimizin üzvü keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına "like" qoyub. Azarkeşlərin qəzəbinə tuş gələn futbolçu sosial mediada tənqid edilib.


Paylaş: