AFFA-nın istədiyi futbolçu Rusiya millisində

  • Bu gün, 12:08

"Dinamo" (Moskva) klubunda çıxış edən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiyanın gənclərdən ibarət millisinə dəvət alıb.

Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi yığmanın 38 oyunçudan ibarət geniş heyətində yer alıb.

Rusiya seçməsi noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 kollektivləri ilə üz-üzə gələcək.

Qeyd edək ki, AFFA Ülvi Babayevin Azərbaycan millisinə cəlb olunması üçün danışıq aparır.


Paylaş: