"Çelsi"ni "Yuventus"a dəyişə bilər
"Yuventus" "Çelsi"nin müdafiəçisi Malo Qustonu transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, İtaliya klubu fransalı futbolçunu qış fasiləsində heyətinə qata bilər.
Qeyd edək ki, müdafiəçi Ris Ceyms formaya düşdüyü üçün "Çelsi" uyğun təklif gələcəyi təqdirdə Qustonun komandadan ayrılmasına icazə verəcək.
Futbolçu bu mövsüm 10 matçda 2 məhsuldar ötürmə edib. Onun klubla 2030-cu ilin yayınadək müqaviləsi var.