"Yuventus" yeni baş məşqçisini tapdı
İtaliya millisinin keçmiş baş məşqçisi Luçano Spalletti "Yuventus"u çalışdıra bilər.
Sportlife.az xəbər verir ki, Turin klubunun rəhbərliyi 66 yaşlı mütəxəssisi ötən gün istefa verən İqo Tüdorun əsas əvəzləyicisi kimi görür.
"Qoca sinyora" artıq çalışdırıcı ilə danışıqlara başlayıb. Mütəxəssis "Yuventus"un təklifinə "hə" cavabı verib.
Qeyd edək ki, Spalettinin son iş yeri İtaliya milli komandası olub.