"Bayer"in futbolçusu sıradan çıxdı
"Bayer"in yarımmüdafiəçisi Ezekiel Fernandesin zədə səbəbindən 7-8 həftəlik sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, argentinalı futbolçu Bundesliqanın "Frayburq"la (2:0) oyununda sol diz bağından zədə alıb. O, 67-ci dəqiqədə əvəzlənib.
Yarımmüdafiəçi bu mövsüm 8 oyunda meydana çıxıb, amma qol vurmayıb. O, bu ilin sentyabr ayından "Bayer"də çıxış edir.