Azərbaycan klubundan yeni transfer
Qadın həndbolçulardan ibarət “Azəryol” klubu heyətə yeni oyunçu cəlb edib.
Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi qazaxıstanlı sol cinah oyunçusu Aida Japarova ilə müqavilə imzalayıb.
O, komandada 25 nömrəli formada oynayacaq. 25 yaşlı oyunçu bundan əvvəl Qazaxıstanın “Astana” klubunda çıxış edib.