"İnter"in qapıçısı maşınla adam vurdu
"İnter"in qapıçısı Xosep Martines əlil arabasında olan yaşlı kişini avtomobili ilə vurub.
Sportlife.az xəvər verir ki, faciə çərşənbə axşamı səhər Feneqroda (Komo əyaləti) baş verib. Milan klubunun ehtiyat qapıçısının idarə etdiyi avtomobil 81 yaşlı kişini vurub və həmin şəxs hadisə yerində ölüb. Martines xəsarət almasa da, şoka düşüb.
İlkin məlumatlara görə, əlil arabasında olan kişi qəfildən 27 yaşlı ispaniyalı futbolçunun idarə etdiyi avtomobilin yoluna çıxıb. Martines yaralı şəxsə dərhal kömək etsə də, onu xilas etmək mümkün olmayıb.
"İnter"in baş məşqçisi Kristian Çivunun bu gün keçirəcəyi mətbuat konfransını ləğv edilib.
Martines 2024-cü ildə "Cenoa"dan 14 milyon avroya "İnter"ə keçib.