Yamal Vinisiusu davaya çağırıb
"Real"ın hücumçusu Vinisius Junior ilə "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal arasında baş verən emosional söhbətin təfərrüatları məlum olub.
Sportlife.az xəbər verir ki, hadisəni ətraflı təhlil edən "Movistar+" telekanalının məlumatına görə, Yamal Vinisiusu davaya çağırıb: "Dalaşmaq istəyirsən?" Braziliyalı isə razılaşıb: "Gedək!" Bundan sonra Vinisius "Real"ın məşqçilər heyətinin üzvləri tərəfindən hadisə yerindən uzaqlaşdırılıb, Yamal isə tunelə daxil olub.
La Liqanın 10 turundan sonra "Real" 27 xalla turnir cədvəlində birinci yerdədir. "Barselona" isə 22 xalla ikinci yerdədir.