Messi Mayamidə xoşbəxtdir
Argentina millisinin və "İnter Mayami"nin kapitanı Lionel Messi Mayamidə həyatdan zövq aldığını etiraf edib.
Sportlife.az xəbər verir ki, 38 yaşlı hücumçu orada özünü xoşbəxt hiss etdiyini bildirib:
"Burada yaşamağı sevirəm. Uzun müddət Barselonada yaşadım, bura mənim üçün fövqəladə bir şəhər olaraq qalır, böyüdüyüm və bir çox gözəl anları yaşadığım və çox darıxdığımız şəhərdir. Amma Mayami bizə gözəl bir həyat yaşamağa, sakit həyatdan zövq almağa imkan verən bir şəhərdir".
Messi PSJ-dən ayrıldıqdan sonra 2023-cü ildə "İnter Mayami"yə qoşulub. O, bu yaxınlarda Mayami klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.