"Daha yaxşı “Kəpəz” görmək istəyirik"

  • Dünən, 18:06

“Əsasən çempionatda az şans qazanan oyunçularımızı yoxlamaq istədik. Onlara fiziki vəziyyətlərini düzəltmək, komandaya uyğunlaşmaq şansı yaratdıq".

Sportlife.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Azərbaycanın Kubokunun II təsnifat mərhələsində “Ağstafa Gəncləri” ilə oyundan sonra deyib.

Mütəxəssis 6:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib: "Şükürlər olsun ki, görüşü zədəsiz başa vurduq. Növbəti oyuna hazırlaşırıq. Çempionat matçında daha yaxşı “Kəpəz” görmək istəyirik. Əvəzedici komandadan dəvət etdiyimiz bir neçə futbolçu var idi. Gənc oyunçulardıe. İstəyirdik ki, komandaya daha tez uyğunlaşsınlar. Gələcəkdə əsas komandaya dəvət olunanda artıq müəyyən təcrübələri olsun”.


Paylaş: