"Formula 1" pilotu özünü Valverdeyə bənzətdi
"Aston Martin" pilotu Fernando Alonso özünü "Real"ın futbolçusu Federiko Valverde ilə müqayisə edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı sürücü bu barədə DANZ-a açıqlamasında deyib:
"Yaxşı sualdır. Yəqin ki, Valverde. O, çox çalışır və həmişə göz qabağında olmur. Eyni zamanda, o, son dərəcə rəqabətədavamlıdır. Düşünürəm ki, onda bu rəqabət ruhu var".
Alonso bu mövsüm "Formula 1" pilotlarının reytinqində 37 xalla 12-ci yerdədir.