"Arsenal"da ən bahalı müqavilə
"Arsenal" hücumçusu Bukayo Saka ilə müqaviləni uzatmağa yaxındır.
Sportlife.az xəbər verir ki, yenilənmiş müqavilənin şərtləri 24 yaşlı ingilisi "Arsenal" tarixində ən çox qazanan oyunçu edə bilər. Belə ki, o, həftədə təxminən 343 min avro qazanacaq.
Müqavilənin beş il müddətinə uzadılacağı bildirilir. Danışıqlar uğurla davam edir. Oyunçunun hazırkı müqaviləsi isə 2027-ci ilin yayında başa çatır.
Qeyd edək ki, bu mövsüm Saka 10 matçda üç qol vurub. Onun transfer dəyəri 140 milyon avro olaraq qiymətləndirilir.