"Tottenhem" yeni hücumçu axtarır
"Tottenhem" qış transfer pəncərəsində hücumçu Dominik Solankenin yerinə başqa bir oyunçu tapa bilər.
Sportlife.az xəbər verir ki, 28 yaşlı forvardın tez-tez zədələnməsi onun komandadakı gələcəyinu sual altında qoyur.
Solanke bu mövsüm 3 oyunda meydana çıxıb və qol vura bilməyib. Onun müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Qeyd edək ki, "Tottenhem" transfer pəncərəsi açılan kimi yeni hücumçu transfer etmək istəyir. Seçimlər arasında "Əl-Əhli"dən İvan Toni də var.