Messi limitin əleyhinə çıxdı
"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də mümkün islahatlar barədə fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, argentinalı forvard rəqabəti artırmaq üçün əmək haqqı limitinin ləğv edilməsinə çağırıb.
"Hər komanda məhdudiyyətlər və qaydalar olmadan oyunçu cəlb edə və istədiyi şəxslə müqavilə imzalaya bilməlidir. Klublara bu azadlıq verilsəydi, daha çox əla oyunçu gəlib MLS-in inkişafına töhfə verərdi".