"Arsenal" ciddi itkilərlə üzləşdi

  • Bu gün, 11:55

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun 4-cü turunda "Brayton"la oyundan əvvəl futbolçuların fiziki hazırlıqları barədə danışıb.

Sportlife.az xəbər verir ki, ispan mütəxəssis 2 futbolçunun oynaya bilməyəcəyini bildirib:

"Saliba və Qabriel Martinelli də oynaya bilməyəcək. Zədənin dərəcəsini qiymətləndirmək üçün daha bir neçə test aparmalıyıq. Rays, Kalafiori və Saka isə sırada olacaq".

"Arsenal" - "Brayton" matçı bu gün keçiriləcək.


Paylaş: