Messi sevimli idmançılarını açıqladı

  • Bu gün, 13:57

"İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messi rəğbət bəslədiyi idmançıların adlarını çəkib.

Sportlife.az xəbər verir ki, o, futbolda argentinalılar üçün Dieqo Maradonanın həmişə ən çox sevilən şəxs olduğunu bildirib: "Dieqo bütün sərhədləri aşıb. Onun bütün dünyada pərəstişkarları var.

Digər idman növlərindən danışmışkən, əlbəttə ki, eyni şey Maykl Cordanla da baş verib. Mənim Roje Federer, Rafael Nadal və Novak Cokoviç kimi tennisçilərə böyük hörmətim var və düşünürəm ki, hər üçü yarışı daha yüksək səviyyəyə qaldırıb".


Paylaş: