"Barselona" yenidən məhkəmə qarşısında

  • Bu gün, 14:30

İspaniya Prokurorluğu "Neqreyra" işi üzrə şübhəli şəxs qismində "Barselona"nı məhkəməyə çağırıb.

Sportlife.az xəbər verir ki, dinləmə yanvarın 27-də keçiriləcək. "Barselona"nın vitse-prezidenti Elena Fort klubun adından ifadə verəcək. Kataloniya klubu 2001-2014-cü illər arasında Neqreyra şirkətlərinə ödənişlərlə bağlı bütün orijinal müqavilələri və sənədləri təqdim etməlidir.

Növbəti aylarda məhkəmə, həmçinin "Barselona"nın keçmiş məşqçiləri Luis Enrike və Ernesto Valverdeni də dindirəcək. Klub prezidenti Joan Laporta dekabrın 12-də məhkəmədə dindiriləcək.

2023-cü ildə Kataloniya klubu Neqreyraya rüşvət verməkdə ittiham olunub. 


Paylaş: