Ronaldu: "Başımızı önə əyməməliyik"

  • Bu gün, 12:50

"Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu komandasının Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final mərhələsində "Əl-İttihad"a 1:2 hesablı məğlubiyyətini şərh edib.

Sportlife.az xəbər verir ki, portuqaliyalı futbolçu bundan dərs çıxarmalı olduqlarını bildirib:

"Başımızı önə əyməməli, daha ciddi və inamla irəliləməliyik".

Qeyd edək ki, Ronaldu oyuna start heyətində başlayıb və qapıya cəmi bir zərbə endirib.


Paylaş: