İslamiada üçün heyət bilindi

  • Bu gün, 13:07

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycanın stolüstü tennisçiləri bəlli olub.

Sportlife.az xəbər verir ki, ölkəmiz yarışlarda 6 idmançı ilə təmsil olunacaq.

Yığmanın heyətində Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə bacarıqlarını göstərəcəklər. Komanda yarışlara hazırlıq məqsədilə “Şüa İdman Kompleksi”ndə təlim-məşq toplanışındadır. Onlar noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcəklər.

Qeyd edək ki, stolüstü tennis yarışları noyabrın 8-dən 13-dək keçiriləcək.


Paylaş: