Lukakudan erkən dönüş
"Napoli"nin hücumçusu Romelu Lukaku bu həftənin sonlarında komandaya qayıdacaq.
Sportlife.az xəbər verir ki, belçikalı hücumçu mövsümöncəsi məşqlərə başlayandan bəri oynamayıb. O, avqustun 14-də "Olimpiakos"a qarşı yoldaşlıq oyununda əzələ zədəsi alıb.
Lukaku 2024-cü ilin yayında "Çelsi"dən "Napoli"yə 30 milyon avroya keçib. Ötən mövsüm o, 14 qol vuraraq A Seriyasında komandanın bombardiri olub.