"Bavariya" Keynə əvəzləyici tapdı
"Bavariya" "Hoffenhaym"ın hücumçusu Fisnik Aslani ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, Münhen klubu 23 yaşlı hücumçunu Harri Keynin əvəzedicisi kimi görür. "Bavariya" rəhbərliyinin oyunçunun çıxışından məmnun olduğu və onu transfer siyahısına daxil etdiyi bildirilir.
Bu mövsüm kosovolu hücumçu 9 oyunda meydana çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib. Onun "Hoffenhaym"la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.