Millətlər Liqasında finalçılar müəyyənləşdi
Fransa qadın futbolçular arasında Millətlər Liqasının Kanadada baş tutan yarımfinalında Almaniya ilə 2:2 hesablı heç-heçə etdi.
Sportlife.az xəbər verir ki, almanlar ilk oyunda minimal hesabla qalib gəldiyi üçün finala yüksəlib. Bundestim həlledici oyunda İspaniya ilə qarşılaşacaq.
Beləliklə, Almaniya və İspaniya finalda, Fransa və İsveç isə üçüncü yer uğrunda matçda oynayacaqlar. İlk oyunlar 26 noyabrda, cavab oyunları isə 2 dekabrda keçiriləcək.