Maşınla adam vuran qapıçıya psixoloq ayrıldı

  • Bu gün, 17:27

Əlil arabasında yaşlı kişini vuran "İnter"in qapıçısı Xosep Martinesə bir həftəlik istirahət verilib.

Sportlife.az xəbər verir ki, qolkiperlə psixoloq məşğul olacaq.

Faciə çərşənbə axşamı səhər "İnter"in məşq meydançasının yaxınlığında baş verib. Əlil arabasında olan 81 yaşlı kişi qəfil yola çıxıb və Martinesin idarə etdiyi avtomobil tərəfindən vurulub. Qapıçı yaralı kişini xilas etmək üçün əlindən gələni edib, lakin o, xəstəxanada ölüb. Martinesin hadisədən sonra şokda olduğu bildirilir. Hüquq-mühafizə orqanları ölümcül qəzanın bütün təfərrüatlarını araşdıracaq.

Martines "İnter"ə 2024-cü ildə "Cenoa"dan keçib. 


Paylaş: