Vinisius üzr istədi

  • Bu gün, 17:50

"Real"ın hücumçusu Vinisius Junior La Liqanın 10-cu turunda "Barselona" üzərində 2:1 hesablı qələbə qazandıqları oyunda erkən əvəzləndiyi üçün emosional reaksiyasına görə üzr istəyib.

Sportlife.az xəbər verir ki, braziliyalı forvard bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"El-Klassiko"da əvəzləndiyim zaman verdiyim reaksiyaya görə bütün "Real" azarkeşlərindən üzr istəyirəm. Bəzən ehtiras hər şeyi üstələyir. Həmişə qalib gəlmək və komandama kömək etmək istəyirəm".


Paylaş: