"Neftçi" darmadağınla 1/8 finalda
Azərbaycan Kubokunda sonuncu 1/8 finalçının adına aydınlıq gəlib.
Sportlife.az xəbər verir ki, II təsnifat mərhələsində MOİK-i qəbul edən "Neftçi" 6:2 hesablı qələbəyə sevinib.
Bununla da "ağ-qaralar" növbəti mərhələyə adlayan sonuncu komanda olub.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 1/4 finala gedən yolda "Zirə" ilə qarşılaşacaq.