"Barselona" Pedrini itirdi
"Barselona"nın mərkəz yarımmüdafiəçisi Pedri zədələnib.
Sportlife.az xəbər verir ki, futbolçunun sol bud əzələsində qopma aşkarlanıb.
Oyunçunun sağalma müddəti açıqlanmayıb, lakin mediada Pedrinin təxminən üç həftə oynaya bilməyəcəyi iddia olunur.
Pedri bu mövsüm 13 oyunda iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib.