Millimizin üzvü pley-offda

  • Bu gün, 12:02

Azərbaycanlı futbolçu Cəlal Hüseynovun çıxış etdiyi "Arda" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib.

Sportlife.az xəbər verir ki, Bolqarıstan təmsilçisi III təsnifat mərhələsinin hər iki oyununda qələbə qazanıb.

Səfərdə "Kauno Jalqiris"ə (Litva) 2:0 hesabı ilə qalib gələn Cəlalın komandası öz meydanında 2 cavabsız qolla güclü olub. Start heyətində yer alan Hüseynov bu dəfə də qarşılaşmanı əvəzolunmadan başa vurub.

Qeyd edək ki, "Arda" pley-off mərhələsində "Rakov" (Polşa) - "Makkabi" (Hayfa, İsrail) cütünün qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.


Paylaş: