
"Çelsi" yeni müqaviləyə hazırlaşır
"Çelsi" sol cinah müdafiəçisi Mark Kukurelya ilə müqaviləni uzatmağa razılaşıb.
Sportlife.az xəbər verir ki, tərəflər arasında mövcud sözləşmə 2028-ci ilin yayında başa çatacaq.
London klubu təkcə meydanda əsas oyunçulardan biri kimi deyil, həm də soyunub-geyinmə otağında lider kimi görünən 27 yaşlı ispaniyalıdan çox razıdır.
"Çelsi" Kukurelyanı 2022-ci ilin yayında "Brayton"dan 65 milyon avroya alıb.